ABŞ və Çin razılaşırlar?
ABŞ dövlət katibi Antoni Blinken və Çinin xarici işlər naziri Vanq Yi iki ölkənin razılaşa bilmədiyi bir sıra məsələləri, eləcə də əməkdaşlıq sahələrini müzakirə ediblər.
Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, Dövlət Departamentinin bəyanatında deyilir ki, Vaşinqtonda görüşün Vang Yi-nin dövlət katibinin Pekinə səfərindən sonra baş tutması əlaqələrin davam etdirilməsi və ABŞ-Çin münasibətlərinin normallaşmasına xidmət edir.
"Dövlət katibi və nazir Vanq Yi bir sıra ikitərəfli, regional və qlobal məsələləri, o cümlədən fikir ayrılıqlarının həlli və əməkdaşlıq sahələrinin tapılmasını müzakirə ediblər", - məlumatda deyilir.
Söhbət zamanı Blinken ABŞ-ın milli maraqları və dəyərləri, habelə müttəfiqlərinin və tərəfdaşlarının maraq və dəyərlərini müdafiə etməyə davam edəcəyini bir daha təsdiqləyib.
NƏRGİZ