ABŞ-da yeni silahlar sınaqdan keçirildi

 10:48 27.10.2023     215

ABŞ Hərbi Dəniz Qüvvələri "Müstəqillik" tipinə aid Littoral Döyüş Gəmisində (LCS)  yeni silahı sınaqdan keçirib. 

Redaktor.az "Lenta.ru"ya istinadla xəbər verir ki, Sakit Okeanın şərq suları üzərində hədəfi vuran raketin buraxılması üçün konteyner buraxılış qurğusundan istifadə edilib.

Hərbi Dəniz Qüvvələrinin bəyanatında deyilir ki, buraxılış LCS-nin modulyarlığını və öldürücülüyünü, həmçinin yerüstü hədəfi vurmaq üçün konteynerləşdirilmiş silah sistemini uğurla inteqrasiya etmək qabiliyyətini nümayiş etdirib.

Həmidə İBRAHİMLİ