Rusiya gəmisində partlayış - Ölən var

 10:40 27.10.2023     169

Yaponiya sahillərində Rusiyaya məxsus yük gəmisində partlayış baş verib.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə Sakit okeanda Yaponiyanın Tokaçi limanından təqribən 40 mil məsafədə qeydə alınıb.

Bildirilir ki, gəmidə təmir aparılarkən qaz balonları partlayıb. Nəticədə təmiri edən ekipaj üzvü həlak olub.