ABŞ SEPAH-ın Suriyadakı obyektlərini vurur - Bayden GÖSTƏRİŞ VERDİ

 11:06 27.10.2023     320

Pentaqonun rəhbəri Lloyd Ostin bildirib ki, ABŞ Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və iranyönlü qruplar tərəfindən istifadə edildiyi iddia edilən iki obyektə zərbələr endirib.

Redaktor.az bu barədə vesti.ru-ya istinadla xəbər verir. 

Ostin qeyd edib ki, ABŞ prezidenti Co Baydenin göstərişi ilə ABŞ özünümüdafiə məqsədilə Suriyanın qərbində iki hədəfə zərbə endirib.

Məlumatda deyilir ki, zərbələr Fələstin-İsrail münaqişəsi ilə bağlı deyil, İraq və Suriyada ABŞ vətəndaşlarına oktyabrın 17-də başlayan hücumlara cavabdır. Pentaqonun bir müqaviləli əsgəri həlak olub, 21 hərbçi yüngül xəsarət alıb.

NƏRGİZ