Macarıstan XİN başçısı İrəvanda

 12:00 27.10.2023     212

Macarıstan xarici işlər naziri Peter Siyarto Ermənistana səfərə gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Ermənistan və Macarıstan xarici işlər nazirlərinin təkbətək görüşü başlayıb, daha sonra geniş tərkibdə görüş keçiriləcək. Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçirəcəklər”, - məlumatda qeyd olunub.