Macarıstan İrəvanda konsulluq açır

 13:14 27.10.2023     250

Macarıstan Ermənistanın paytaxtı İrəvanda konsulluq açmaq istəyir.

Redaktor.az xəbər verir ki, bu təklifi Macarıstan xarici işlər naziri Peter Siyarto oktyabrın 27-də İrəvanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşdə səsləndirib.

P.Siyarto Ermənistana humanitar yardımlar, bu ölkə ilə diplomatik münasibətləri tam bərpa etməyə hazır olduqlarını da vurğulayıb.

Qeyd edək ki, 2012-ci ildə Budapeştlə İrəvan arasında diplomatik əlaqə kəsilib. Buna səbəb Macarıstanın Ermənistan hərbçisi Qurgen Markaryanı öldürməkdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilmiş Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Azərbaycana ekstradisiya edilməsidir.