Alen Simonyan bu jurnalist və deputatı məhkəməyə verdi - "Ermənistanda insanları döymürlərsə..."

 13:17 27.10.2023     318

Alen Simonyan jurnalist Angela Tovmasyan və deputat Anna Mkrtçyanı məhkəməyə verib.

Redaktor.az "Hraparak"a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan öz Telegram kanalında yazıb.

“Dünən mən daha iki iddia qaldırdım, biri Anna Mkrtçyana, digəri isə Angela Tovmasyana qarşı. Hər iki iddiam təhqirə əsaslanır. Yeri gəlmişkən, A. Mkrtçyanın məsələsində bu, artıq ikinci dəfədir. Xanımın keçməli olmadığın bir xətti keçiblər. Siz başa düşməlisiniz ki, Ermənistanda artıq insanları döymürlərsə, bu, heç kimə sağa-sola təhqir etmək haqqı vermir. Get, məhkəmədə hansı ifadəni verəcəyini fikirlər! Kimi günahlandıracaqsan? Məhkəmə səni üzr istəməyə məcbur edəcək", - Simonyan yazıb.

NƏRGİZ