İstanbulda partlayış - 5 yaralı

 14:23 27.10.2023     231

İstanbulda iş yerlərindən birinin zirzəmisində partlayış baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “DHA” yayıb. 

Hadisənin Bağcılarda 3 mərtəbəli binanın zirzəmisində baş verdiyi bildirilir. Partlayışdan sonra yanğın başlayıb. İlkin məlumata görə, 5 nəfər xəsarət alıb.

İnsidentin səbəbi məlum deyil.