Bir qrup xarici həkim ilk dəfə Qəzza zolağına daxil oldu

 15:01 27.10.2023     275

Həkimlərdən ibarət ilk xarici nümayəndə heyəti “Rəfah” keçid məntəqəsi vasitəsilə Qəzza zolağına daxil olub.

Redaktor.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Bildirilib ki, onlar Qəzzaya humanitar yardım aparan yük maşını karvanı ilə birlikdə anklavın ərazisinə daxil olublar.

Bir qrup xarici həkim Misir ərazisində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri ilə görüşüblər.