Aİ Rusiyaya qarşı 12-ci sanksiyalar paketi üzərində işləyir

 17:16 27.10.2023     251

Avropa İttifaqı Rusiyaya qarşı növbəti sanksiyalar paketi üzərində işləyir.

Redaktor.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Aİ Şurasının iki günlük iclasının yekununda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Aİ Rusiyaya qarşı 12-ci sanksiyalar paketi üzərində işləyir. Avropa Komissiyasının Prezidenti Rusiya almazının da sanksiyalar siyahısına daxil oluna biləcəyini deyib.