Britaniyanın keçmiş baş naziri teleaparıcı OLACAQ
Böyük Britaniya hökumətinin keçmiş rəhbəri Boris Conson (2019-2022) tezliklə GB News kanalında efirdə işləməyə başlayacaq.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat verib.
"Tezliklə GB News-da görüşəcəyik. Bu yeni kanalda mən bütün çağırışlarla necə mübarizə apardığımız və nəhəng çağırışlar haqqında nə düşündüyümü açıqlayacağam", - Conson bildirib.
Yusif EYVAZLI