Güclü qar 40 reysi gecikdirdi

 11:08 28.10.2023     204

Rusiyanın paytaxyı Moskvada yerləşən hava limanlarında 40 reys gecikib, dörd reys təxirə salınıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumat "Yandex"in saytında yer alıb.

Saat 8:35-ə olan məlumata görə, Vnukovoda 8, Domodedovoda 20, Şeremetyevoda 12 reys gecikib. Əlavə olaraq Domodedovoda 4 reys ləğv edilib.

Qeyd edək ki, oktyabrın 27-dən Moskvaya güclü qar yağıb. Gecikmələrin səbəbinin bu olduğu bildirilir.