Ermənistan hakimiyyəti hərbi biletləri satır?

 13:05 28.10.2023     249

Ermənistan Müdafiə Nazirliyinin bir il əvvəl dövriyyəyə buraxılmış qalmaqallı layihəsi qalmaqal səbəbiylə dayandırılıb, lakin layihə indi yenidən parlamentdədir, bu dəfə Müdafiə Nazirliyi tərəfindən deyil, “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Hayk Sarkisyan tərəfindən təqdim olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, layihə ötən gün Ermənistan parlamentində dövriyyəyə buraxılıb.

“Söhbət hazırkı hökumətinin təxminən 60 min dollar ödəməyi və hərbi xidmətdən qurtulmağı təklif etdiyi layihədən gedir. Müharibədən əvvəl, 2019-cu ildə Hayk Sarkisyan bu ideyanı həyata keçirməyə çalışıb, onun təklifinə əsasən, vətəndaş dövlət büdcəsinə 10 milyon dram ödəyib cəmi 1 ay orduda xidmət edib hərbi bilet ala bilərdi, amma müharibədən sonra, Müdafiə Nazirliyi bu layihəni rebrendinq edib və ictimai müzakirəyə çıxarıb. Bununla 4,5 aylıq xidmət və 24 milyon təyin olunmuşdu. Dəyişiklik üçün əsas o idi ki, bir nəfərin 24 milyon dramla hərbi xidmətdən azad edilməsi bir müqaviləli hərbi qulluqçuya 5 il ərzində ayda 400 min dram ödəməyə imkan verəcək. Müdafiə Nazirliyinin məlumatına görə, bu, peşəkar hərbi xidmətin tətbiqinin ən vacib komponenti olacaq. Üstəlik, bəzi soydaşlarımız Ermənistana qayıdacaqdı. Mövcud qanunvericiliyə, xüsusən də “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanuna əsasən, Ermənistan Silahlı Qüvvələrində 18-27 yaşlı kişi vətəndaşlar məcburi hərbi xidmətə cəlb olunurlar. Məcburi hərbi xidmətdən yayınmaya görə cəza cinayət qanunu ilə azadlıqdan məhrum etmə şəklində müəyyən edilir”, - deyə nəşr bildirib.(Ordu.az)