Fələstin İlon Maskın şirkəti ilə danışıqlar aparır

 15:28 28.10.2023     282

Fələstin Milli Administrasiyası "Starlink" peyklərindən istifadə etməklə Qəzza zolağında rabitəni bərpa etmək üçün İlon Maskın "SpaceX" şirkəti ilə danışıqlar aparır.

Redaktor.az xəbər verir ki, bu barədə Fələstin Milli Administrasiyasının rabitə naziri Yitjak Sadr söyləyib.

“Biz artıq "Starlink" ilə əlaqə saxlamışıq, bu avadanlığın tətbiqi üçün beynəlxalq və humanitar təşkilatlarla işləyirik, bir sıra qurğular almağa hazırlaşırıq... Starlink müsbət cavab verib”, - o bildirib.