HƏMAS-la müharibənin ikinci mərhələsi başlayıb - Netanyahu

 23:42 28.10.2023     336

İsrail ordusunun HƏMAS-a qarşı müharibəsinin ikinci mərhələsi başlayıb.

Redaktor.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

O qeyd edib ki, müharibənin ikinci mərhələsinin məqsədi HƏMAS-ın infrastrukturunu məhv etmək və girovları azad etməkdir. O, HƏMAS-la münaqişəni İsrailin “ikinci müstəqillik müharibəsi” adlandırıb.

“Qələbə qazanan biz olacağıq. Müharibənin ilk həftələrində biz qüvvələrimizə quru əməliyyatına ən təhlükəsiz şəkildə başlamağa kömək etmək üçün düşmənə sarsıdıcı zərbə vurduq və biz yalnız səyahətin başlanğıcındayıq - sektor daxilində müharibə çətin və uzun olacaq”, - Netanyahu vurğulayıb.

İsrailin müdafiə naziri Yoav Qalant isə bildirib ki, HƏMAS məsələnin humanitar tərəfi ilə maraqlanmır, onlar zərbəni dəf etməyə çalışırlar. "Zərbələr nə qədər sərt olarsa, HƏMAS-ın girovları evlərinə qaytarmaq üçün həll yollarına razılıq vermə şansı bir o qədər çox olar”. Mən sizi qələbəyə aparmağa sadiqəm. Ya onlar, ya da biz”, - deyə o vurğulayıb.