Türkmənistan Xəzərin sahilində böyük elektrik stansiyası tikir

 09:35 30.10.2023     286

Xəzər dənizinin Türkmənistan sahilində 1574 MVt gücündə elektrik stansiyasının tikintisi planlaşdırılır.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, stansiyanın tikintisinə 2023-cü ilin noyabrında başlanacaq.

Türkmənistanın rəsmi qəzeti yazır ki, bu barədə Türkmənistan prezidenti Serdar Berdiməhəmmədovun müvafiq fərmanında deyilir.

Bildirilir ki, tikinti işləri ölkədaxili istehlakçıların elektrik enerjisi ilə etibarlı və fasiləsiz təminatı, yerli elektrik enerjisinin ixracının həcminin artırılması və müasir texnologiyaların tətbiqi məqsədilə aparılacaq. Elektrik stansiyasını Türkiyənin “Çalik Enerji” şirkəti tikəcək. İşlər 2023-cü ilin noyabrında başlayacaq və 2027-ci ilin mayında başa çatdırılması planlaşdırılır.

Humay İSGƏNDƏRLİ