HƏMAS-ı məhv etmək asan deyil - MOSSAD

 09:33 30.10.2023     200

HƏMAS qruplaşmasının məhv edilməsi üçün İsrailə bir neçə il lazımdır.

Redaktor.az xəbər verir ki, bunu MOSSAD-ın keçmiş rəhbəri Zoar Palti deyib.

"İsrail HƏMAS-a qarşı müharibəyə vaxt məhdudiyyəti qoymayacaq, çünki o, 7 oktyabrdakı kimi hücumların bir daha təkrarlanmayacağına dair təminat istəyir. İkinci İntifada üç-dörd il davam etdi. Bənzər bir şeyin indi baş verməsinə hazır olmalıyıq", - o bildirib.

Paltinin sözlərinə görə, İsrail ordusunun Qəzza zolağındakı hazırkı əməliyyatı ilk deyil və sonuncu da olmayacaq:

"Hava hücumları və quru basqınları daha böyük əməliyyatla izləniləcək, lakin bu belə müharibəni bitirməyəcək".