ABŞ-dan İsrailə mesaj: Müharibə qaydalarına riayət edin

 10:33 30.10.2023     250

ABŞ nə İsrailə, nə də Qəzzaya qoşun göndərmək niyyətində deyil.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Kamala Harris jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Siyasətçi vurğulayıb ki, İsrailin özünümüdafiə hüququ var, lakin HƏMAS-a qarşı əməliyyat keçirərkən islamçı qruplaşmanın üzvləri ilə fələstinli mülki şəxslər arasında fərq qoymaq lazımdır. 

Harris həmçinin bildirib ki, İsrailə müharibə qaydalarına riayət edilməsinin zəruriliyi ilə bağlı açıq mesaj göndərilib.

Humay İSGƏNDƏRLİ