BMT Baş katibinin müavini İsrailə GEDİR

 11:41 30.10.2023     250

BMT-nin Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits birdəfəlik qısamüddətli viza alaraq İsrailə yollanıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Yediot Axronot” məlumat yayıb.

Qəzetin məlumatına görə, İsrail Xarici İşlər Nazirliyi tərəfindən verilən viza Qriffitsin səfəri zamanı cəmi bir neçə gün etibarlı olacaq. BMT baş katibinin müavininin yəhudi dövlətində kimlərlə görüşməyi planlaşdırdığı barədə məlumat verilmir.

Xatırladaq ki, BMT-nin Baş katibi Antonio Quterreşin Təhlükəsizlik Şurasında bəyanatından sonra İsraillə BMT arasında gərginlik yaranıb. Bundan sonra İsrail A.Quterreşi istefaya çağırıb. Lakin BMT-nin Baş katibi açıqlamasının yanlış şərh edildiyini bildirib. İsrail BMT sənədlərinin heç bir hüquqi əsası olmadığını iddia edib.

Humay İSGƏNDƏRLİ