İsrail məhv olacaq - İDDİA

 11:57 30.10.2023     291

ABŞ-ın Yaxın Şərqdəki siyasəti İsrailin məhvinə gətirib çıxara bilər.

Redaktor.az xəbər verir ki, bu mövqeyi istefada olan amerikalı polkovnik Duqlas Makqreqor Redacted YouTube kanalına müsahibəsində bildirib.

Hərbi ekspertin fikrincə, ABŞ vəziyyəti bütün istiqamətlərdə gərginləşdirir. O, Ukraynada ölkəni xarabalığa çevirən “faizlərin artırılmasını” misal çəkib.

Əgər Birləşmiş Ştatlar Yaxın Şərqdə eyni taktikadan istifadə edərsə, o zaman İsrailin “heç nəyi qalmayacaq” deyə Makqreqor hesab edir.

Təqaüddə olan amerikalı hərbçi qeyd edib ki, Vaşinqton bir çox Yaxın Şərq ölkələri ilə qarşıdurmaya girir və bu, fəlakətli nəticələrə gətirib çıxaracaq.(Publika)