Moldovada fövqəladə vəziyyət dövründə əlavə 6 telekanal bağlanacaq

 13:54 30.10.2023     283

Moldovada fövqəladə vəziyyət dövründə əlavə 6 telekanal bağlanacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Mustyaçe bildirib.

Onun sözlərinə görə, “Orizont TV, “Publika TV”, İTV, “Prime”, “Canal 2” və “Canal 3” telekanalları bağlanacaq.

Bildirilib ki, bu telekanalların fəaliyyəti Moldova qanunlarını pozur, ölkənin təhlükəsizliyinə təhdid yaradır və manipulyasiya xarakterli fikirlər təbliğ edir.

Həmçinin əlavə olunub ki, ölkədə 31 internet səhifəsinə giriş məhdudlaşdırılacaq. Onlardan 21-i məhz Rusiya Federasiyası tərəfindən idarə olunur.