İtaliya Qəzzaya humanitar yardım aparan təyyarə göndərdi

 14:31 30.10.2023     515

 İtaliya Qəzza zolağının əhalisi üçün humanitar yardım olan təyyarə göndərib.

Redaktor.az-ın TASS-a istinadla məlumatına görə, İtaliyanın baş nazirin müavini və xarici işlər naziri Antonio Tajaninin deyib ki, yük əvvəlcə Misirə, sonra isə Rafah keçid məntəqəsi vasitəsilə anklav ərazisinə çatdırılacaq.

"İtaliya yardımı ilə ilk təyyarə səhər yola düşür. Biz sabah da HƏMAS terrorçuları ilə heç bir əlaqəsi olmayan fələstinlilərin vəziyyətini yüngülləşdirmək üçün yardım göndərməyə davam edəcəyik", -deyə nazir bildirib.

Humay İSGƏNDƏRLİ