Ermənistan müxalifəti büdcə müzakirələrini boykot etdi

 14:55 30.10.2023     255

Ermənistan parlamentində müxalifəti təmsil edən deputatlar gələn ilin dövlət büdcəsinin müzakirələrinə qatılmayıblar.

Redaktor.az xəbər verir ki, “Mənim şərəfim” fraksiyasından olan deputat Tiqran Abramyan bildirib ki, bununla da baş nazir Nikol Paşinynanı boykot ediblər.

“İndiki hakimiyyətlə müzakirə edə biləcəyimiz heç nə yoxdur, büdcə müzakirələri isə aktual deyil”, - o söyləyib.

Qanunverici orqanda müxalifəti təmsil edən “Ermənistan” fraksiyasının deputatı Artsvik Minasyan da deyib ki, onların bu müzakirələrdə iştirak etmək fikirləri yoxdur. Lakin müxalifət nümayəndələri parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə komitənin iclasında təmsil olunacaqlar.

Qeyd edək ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə parlamentdə büdcə müzakirələri keçirilib.