Ermənistanın borcları artır

 15:20 30.10.2023     279

Ermənistanın dövlət borcu artacaq.

Redaktor.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanın dövlət borcu 2024-cü ilin sonunda artacaq.

Ermənistanın Maliyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin yanvar-avqust ayları ərzində Ermənistanın dövlət borcu 757,7 milyon dollar və ya 7,5 faiz artıb.

Ölkənin beynəlxalq təşkilatlar və xarici dövlətlərə borcu isə 194 milyon dollar artaraq, 6 milyard 88 milyon dollara çatıb.