Qətər İsrailin HƏMAS-ı dəstəklədiyinə dair iddialarını RƏDD EDİR

 16:30 30.10.2023     488

Qətər İsrailin HƏMAS-ı dəstəklədiyi və onları gücləndirdiyinə dair iddialarını rədd edir.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qətərin ABŞ-dakı səfiri Meşal bin Həməd Əl Tani bildirib.

O, “Həmas-ın Qətərdəki siyasi ofisi 2012-ci ildə Vaşinqtonun Həmas ilə dolayı əlaqə kanalları yaratmaq tələbindən sonra açılıb” məqaləsindən bəhs edərək deyib ki, mətbuatda Qətərlə bağlı yalan xəbərlərin açıq şəkildə münaqişəni gərginləşdirmək niyyəti ilə ortaya çıxması çox narahatedicidir: "Bu rəvayətlər konstruktiv vasitəçilik səylərinə maneələr yaradır və danışıqları pozmağa yönəlib”, - diplomat qeyd edir.

İsrail və HƏMAS arasında hərbi əməliyyatlar başlayandan bəri İsrail rəsmiləri Qətərə və onun Həmas-a dəstəyinə hücum edib. Onlar Qətərin Qəzza sakinlərinə köçürdüyü on milyonlarla dolların dolayı yolla HƏMAS-ın güclənməsinə kömək etdiyini deyirlər. Bundan əlavə, İsrail iddia edir ki, Qətər tərəfindən son günlər HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsinə dair mümkün sövdələşmə haqqında yayılan məlumatlar yalandır və HƏMAS-ın İsrail cəmiyyətinə qarşı təbliğat vasitəsi kimi nəzərdə tutulub.

“Keçən həftə bir neçə girovun azad edilməsi Qətərin bütün tərəflərlə əlaqə qurmaq siyasətinin müsbət nəticələr verə biləcəyini göstərir. Mülki əhalinin daha çox itkisinin qarşısının alınması və girovların azad edilməsi hər kəsin prioriteti olmalıdır. Açıq ünsiyyət kanalları davamlı sülhə səbəb ola bilər. Qətər ABŞ və dünya üzrə digər tərəfdaşların dəstəyi ilə bu cür əlaqəni davam etdirəcək”.

NƏRGİZ