Fransa radikal islamçıları Rusiyaya deportasiya edir

 16:41 30.10.2023     351

Fransa hakimiyyət orqanları radikal islama bağlılıqda şübhəli bilinən 39 rusiyalının deportasiyası proseduruna başlayacaq.

Redaktor.az news.ru-ya istinadən xəbər verir ki, bu barədə respublika Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanen RMC radiostansiyasının efirində bildirib.

Onun sözlərinə görə, Paris onların qəbul edilməsi ilə bağlı Moskvanın razılığını gözləyir.

“Rusiya hökuməti bu vətəndaşları identifikasiya etməklə cavab verib. Rusiya tərəfi onları qəbul etməyə razılıq verən kimi biz onların deportasiyası proseduruna başlayacağıq”, - deyə Cerald Darmanen qeyd edib.

Xatırladaq ki, oktyabrın əvvəlində 20 yaşlı çeçenəsilli gənc Fransanın şimalındakı Arras şəhərində Qambetta liseyinin əməkdaşlarına bıçaqla hücum edib. KİV-in məlumatına görə, hücum zamanı cinayətkar “Allah əkbər!” qışqırıb. Hadisə nəticəsində bir nəfər ölüb, daha üç nəfər yaralanıb. Polis hücum edən şəxsi saxlayıb.

Eyni zamanda, başqa bir məktəbin yaxınlığında hücumçunun qardaşı saxlanılıb. Məlum olub ki, onlar radikal islamçılar siyahısındadırlar.

Terror aktı ilə bağlı ümumilikdə 10-a yaxın adam, o cümlədən iki belarus saxlanılıb.

Bundan sonra Fransa Prezidenti Emmanuel Makron təcili iclas zamanı yeddi minə qədər hərbçinin asayişin təmin olunmasına cəlb edilməsi barədə göstəriş verib. Həmçinin, ölkədə maksimum səviyyədə terror təhlükəsi elan olunub.