Misir İsrailin üzrxahlığını qəbul etmədi - Münasibətlər GƏRGİNLƏŞİR

 17:06 30.10.2023     366

Misir bəyan edib ki, İsrail sərhəd postunu vurmaqla qəsdən təxribat törədib və bununla Misiri Qəzza zolağı ilə birləşdirən yolun bufer zonasında hər hansı hərbi əməliyyatdan çəkinmək barədə xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, bu barədə Misirin “Al Arabi Al Jadid” nəşri məlumat yayıb.

Qahirə həmçinin ötən həftə Misir sərhəd-keçid məntəqəsinə səhv nəticəsində hücum edildiyinə görə Tel-Əvivin üzrxahlığını qəbul etməkdən imtina edib.

Xatırladaq ki, İsrail ordusu ötən həftə Misir ərazisini atəşə tutub. İsrail Müdafiə Qüvvələrinin nümayəndələri bildiriblər ki, tank səhvən atəş açıb və İsrailin Qəzza zolağı ilə sərhədi yaxınlığında, Kerem Şalom şəhəri yaxınlığında Misir postunu vurub. İsrail hadisədən təəssüfləndiyini bildirmişdi.

Qəzet qeyd edir ki, bu, Misir-İsrail hadisəsi fonunda Qahirə iki ölkə arasında münasibətləri məhdudlaşdıracaq diplomatik tədbirlər həyata keçirə bilər.

NƏRGİZ