Moldovada Rusiya saytları bloklandı

 17:33 30.10.2023     264

Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti ölkədə 31 internet portalının bloklanması barədə göstəriş verib, onlardan 21-i birbaşa Rusiyadan idarə olunur.

Redaktor.az "RBK" ya istinadən xəbər verir ki, bu barədə xidmətin rəhbəri Aleksandru Mustyatse oktyabrın 30-da keçirdiyi brifinqdə bildirib.

Qadağan olunan saytlar arasında TASS, “İnterfaks”, “Moskovski Komsomolets”, “Komsomolskaya Pravda”, “İzvestiya”, “Lenta.ru”, RİA FAN, “Sputnik” və başqalarının adları çəkilir.