Parisdə yəhudi məktəbləri bomba təhlükəsi səbəbindən təxliyə edildi

 18:00 30.10.2023     300

Bu gün səhər və günortadan sonra Parisdə və onun ətrafında yerləşən bir sıra yəhudi məktəbləri bomba təhlükəsi səbəbindən təxliyə edilib.

Redaktor.az "Jerusalem Post"a istinadən xəbər verir ki, bu barədə Parisdəki yəhudi icmasındakı yüksək səviyyəli mənbə bildirib.

"Bir çox yəhudi məktəbinə qarşı bomba təhlükəsi var idi. Bu məktəblərin bəziləri boşaldılıb. Əksər məktəblərdə valideynlərdən uşaqlarını evlərinə aparmaları istənilib", - qeyd edilib.

Mənbənin sözlərinə görə, Paris ərazisində 20 müxtəlif yəhudi məktəbində bomba qoyulması ilə bağlı anonim təhdidlər alınıb.