Sankt-Peterburqda qripə qarşı peyvənd olunanların sayı AÇIQLANDI

 19:46 30.10.2023     307

Sankt-Peterburqun 2 milyondan çox sakini qripə qarşı peyvənd olunub. Bu da şəhər əhalisinin 40%-ni təşkil edir. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburq üzrə departamentin mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.

“Oktyabrın 30-da şəhərdə 2 149 080 nəfər qripə qarşı peyvənd olunub ki, onlardan 454 041 nəfəri uşaqdır. Bu da ümumi əhalinin 40,0 faizini təşkil edir", - məlumatda qeyd olunub.

Ümumilikdə, Sankt-Peterburqda 3 milyondan çox əhalinin 60%-nin qripə qarşı peyvənd edilməsi planlaşdırılır.

Yusif EYVAZLI