İndoneziyada 12 nəfər spirtdən zəhərlənərək ÖLDÜ

 20:10 30.10.2023     327

İndoneziyada saxta spirtli içki qəbul etdiyi üçün 12 nəfər ölüb, 4 nəfərin vəziyyəti ağırdır.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Agence France-Presse məlumat yayıb.

Onun sözlərinə görə, Qərbi Yava əyalətində saxta spirtlə zəhərlənən 18 nəfər xəstəxanaya yerləşdirilib.

Tibb müəssisəsinin nümayəndəsi bildirib ki, 11 nəfər xəstəxanada, daha bir nəfər isə yolda dünyasını dəyişib. Qalan dörd qurbanın vəziyyəti ağırdır.

Bu işdə şübhəli bilinən şəxs həbs edilib. 

Yusif EYVAZLI