Təl-Əvivdən Dağıstana gələnlərin taleyi MƏLUM OLDU

 21:45 30.10.2023     436

Təl-Əvivdən Dağıstana gələn təyyarədəki sərnişinlər iğtişaşlar zamanı xəsarət almayıb.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, İsrailin Rusiya Federasiyasındakı səfiri Aleksandr Ben Zvi onların taleyindən danışıb.

Diplomatın sözlərinə görə, təyyarədə həm ikili vətəndaşlığı olan şəxslər, həm də yalnız İsrail və ya Rusiya pasportu olan sərnişinlər olub. Bundan əlavə, təyyarədə xərçəng müalicəsi üçün İsrailə gedən uşaqların olduğu da məlum olub.

"Xoşbəxtlikdən onlara heç nə olmayıb. Hamısı çıxarılıb və artıq Mahaçqalada deyillər" , - səfir izah edib.

Yusif EYVAZLI