HƏMAS İsraillə məhbus mübadiləsi etməyə hazır olduğunu açıqladı
Fələstinin HƏMAS hərəkatı İsrail tərəfi ilə əsir mübadiləsi sazişi bağlamağa hazırdır.
Redaktor.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalına radikalların nümayəndəsi Hazem Qassem məlumat verib.
“HƏMAS işğalçının (İsrail - red.) əlində saxladığı bütün məhbuslarımız müqabilində bütün məhbuslarını azad etməyə hazırdır” - o deyib.
"İşğalçı bütün məhbuslarımızı əhatə edəcək bir mübadilə razılaşması istisna olmaqla, məhbuslarını qəbul etməyəcək" - Qassem bildirib.
T.İSMAYIL