İsrailin mərkəzində hava hücumu xəbərdarlığı elan edildi

 23:48 30.10.2023     360

Bu axşam İsrailin mərkəzində əhalini raket atəşi təhlükəsi barədə xəbərdar edən hava reyd siqnalları ikinci dəfə səslənib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

"İsrailin mərkəzində sirenlər səslənib", - məlumatda deyilir.

Sonuncu dəfə ordu Bakı vaxtı ilə saat 19:32-də ölkənin mərkəzi bölgəsində həyəcan siqnalı verib.

Bundan əlavə, hərbi məlumatlara görə, İsrailin Qəzza zolağına bitişik cənub bölgələrində sirenlər davamlı olaraq səslənməyə davam edir.

T.İSMAYIL