Rusiya bu sahədə liderdir - ABŞ və Çini ÜSTƏLƏDİ

 09:47 31.10.2023     304

 Amerikanın “US News & World Report” jurnalının reytinqinə əsasən, Rusiya ən güclü silahlı qüvvələri olan ölkələr siyahısında birinci yeri tutub.

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, ən güclü orduya malik ölkələrin reytinqində ABŞ ikinci, Çin isə üçüncü yeri tutub.

Reytinqdə İsrail dördüncü, Cənubi Koreya beşinci yerdə qərarlaşıb. Ukrayna isə reytinqdə altıncı yeri tutub.

Ən güclü silahlı qüvvələrə malik 10 ölkə arasında İran, Böyük Britaniya, Almaniya və Türkiyə də var.

Həmidə İBRAHİMLİ