"Bu, sırf antisemitizmdir" - İsrail Prezidenti Dağıstan hadisələrinə MÜNASİBƏT BİLDİRDİ

 09:39 31.10.2023     245

İsrail prezidenti İsaak Hersoq Mahaçqala hava limanında baş verən iğtişaşları şokedici hal adlandırıb.

Redaktor.az xəbər verir ki, o, “Die Welt” qəzetinə müsahibəsində Dağıstanda baş verən son hadisələrə münasibət bildirərkən belə deyib.

“Olanlar şokedicidir və həddindən artıq narahatlıq yaradır. Bu, bütün hökumətləri narahat etməli olan bir şeydir, bu, sırf antisemitizmdir və əlbəttə ki, nəzarət altındadır. Bu, poqrom kimi idi. Allaha şükürlər olsun ki, səlahiyyətlilər nəhayət bunun qarşısını aldılar”, - Hersoq əlavə edib.

Bildirək ki, oktyabrın 29-da Mahaçqala hava limanında Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda Təl-Əvivdən müntəzəm aviareysin gəlməsi ilə əlaqədar kütləvi iğtişaşlar baş verib. Bir neçə yüz nəfər hava limanının binasına və aerodrom ərazisinə daxil olub və daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən oradan çıxarılıb. Son məlumatlara görə, polis əməkdaşları da daxil olmaqla 20-dən çox insan yaralanıb, 80-dən çox iğtişaş iştirakçısı saxlanılıb.

NƏRGİZ