Qazaxıstanda şaxtada ölənlərin sayı artdı

 10:12 31.10.2023     426

"Karaqandada baş verən mədən qəzasından sonra ölən 46 nəfərin hamısının cəsədi çıxarılıb".

Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Bu günə qədər axtarış-xilasetmə əməliyyatları zamanı 45 şaxtaçının cəsədi və 46-cı mərhumun qalıqları tapılıb. 40 nəfərin şəxsiyyəti müəyyən edilib, 6 nəfərin şəxsiyyəti müəyyən edilməyib, onların şəxsiyyətinin müəyyən edilməsi üçün zəruri ekspertizalar aparılır”, – deyə  Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında deyilir.

Məlumata görə, axtarış əməliyyatlarını elektrik enerjisinin olmaması, mədən işlərinin geniş miqyasda olması və çoxlu dağılmış mexanizmlərin olması daha da çətinləşib.

Həmidə İBRAHİMLİ