Almaniya ilə Qətər arasında ANLAŞILMAZLIQ

 10:07 31.10.2023     228

Almaniyanın xarici işlər naziri Annalena Berbok, HƏMAS qruplaşmasının İsrailə hücumları fonunda əmirlik əleyhinə terrorizm ittihamları irəli sürdüyü üçün Qətər Əmiri şeyx Təmim bin Həməd Al Tani ilə görüşü demək olar ki, sual altına alıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalına gizli mənbələri bildirib.

Onların sözlərinə görə, əmir Berlində baş tutmalı olan görüşdən bir müddət əvvəl Berbok ilə planlaşdırılan görüşü “sual altına” alıb. Buna səbəb nazirin oktyabrın 10-da Almaniyanın ZDF kanalına verdiyi müsahibə olub. Moderatorun əgər respublika “terrorun sponsoru ilə” iş aparmağa davam edərsə, bu nəyə gətirib çıxarar deyə sualını cavablandıran Berbok deyib ki, Almaniya tərəfi “bu cür ölkələrə, o cümlədən Qətərə çox aydın şəkildə bildirib ki, onlar indi bu qəddar terrora qəti cavab verməlidirlər”.

Nəşrin həmsöhbətləri əmirin bu müsahibədən necə xəbər tutduğu barədə məlumat vermir. Almaniya Xarici İşlər Nazirliyinin rəhbərinin nümayəndəsi jurnalın sorğusuna cavab olaraq bu məlumatı təkzib edib.

Jurnal qeyd edir ki, sonda əmir buna baxmayaraq Berbok ilə görüş keçirib və o, nazirə “Qətər yardımının ödənişlərinin İsrail və ABŞ ilə razılaşdırıldığını və ciddi nəzarət altında olduğunu” xatırladıb.

NƏRGİZ