Netanyahu Aİ-ni Misirə təzyiq göstərməyə çağırdı

 13:42 31.10.2023     212

İsrailin Baş naziri Benyamin Netanyahu Avropa İttifaqını Qəzzadan gedən köçkünləri qəbul etməsi üçün Misirə təzyiq göstərməyə çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri diplomatik mənbələrinə istinadən məlumat yayıb.

Həmçinin əlavə olunub ki, Netanyahu belə bir təkliflə ötən həftə keçirdiyi görüşlərdə çıxış edib və ötən ayın 26-27 tarixlərində Aİ sammitində müzakirə olunub.

Rəsmi Qahirə Aİ-yə açıq şəkildə bildirib ki, müəyyən şərtlər daxilində Qəzza bölgəsinə humanitar yardım göndərməyə hazırdır, lakin heç bir halda ikili vətəndaşlığı olmayan insanların Qəzzanı tərk edərək Misirə getməsinə icazə verməyəcək.