ABŞ-nın İraqdakı hərbi bazasına yenidən PUA HÜCUMU

 13:52 31.10.2023     227

ABŞ-nin İraqın qərbindəki Ənbər əyalətində yerləşən Ayn-əl-Əsəd hərbi bazası yenidən PUA hücumuna məruz qalıb.

Redaktor.az xəbər verir ki, "Reuters" agentliyi bu barədə İraq hökumətində və güc strukturlarında olan mənbələrinə istinadla məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində insan tələfatı və maddi itki qeydə alınmayıb.

Qeyd edək ki, Pentaqonun yüksək vəzifəli nümayəndəsi oktyabrın 17-dən 30-dək PUA və raketlərdən istifadə olunmaqla ABŞ və beynəlxalq koalisiyanın İraqdakı bazalarının 14 dəfə, Suriyadakı bazalarının isə 9 dəfə hücuma məruz qaldığını bildirib.