"ABŞ İsrailin hücumlarını Təl-Əvivdəki yeraltı bazadan idarə edir" - İran

 13:53 31.10.2023     295

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yüksək rütbəli rəsmiləri, eləcə də ABŞ Ordusu və Hərbi Dəniz Qüvvələrinin hərbi rəhbərləri İsrailin Qəzza zolağında səylərini əlaqələndirmək üçün Təl-Əvivdəki yeraltı bazadadırlar.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu fikri İran Silahlı Qüvvələrinin general-mayoru Qulam-Əli Rəşid deyib.

"Bizdə olan məlumata görə, CENTCOM-un komandirləri, eləcə də Amerika ordusunun quru qoşunları və dəniz qüvvələri hazırda Təl-Əviv yaxınlığındakı yeraltı bazadadır. Onlar Qəzza zolağında əməliyyat zamanı İsrail qüvvələrinin komandirlərinin hərəkətlərini koordinasiya edirlər”, – Rəşid deyib.

Onun sözlərinə görə, bu cür məlumatlar bir daha sübut edir ki, xüsusilə də işğalçılara tədarük etdikləri minlərlə bomba və raketləri nəzərə alsaq, ABŞ-ın hərəkətləri regionda münaqişənin yayılmasının məhdudlaşdırılması zərurəti ilə bağlı bəyanatlara uyğun gəlmir.

İsrail və Amerika tərəfləri isə iranlı general-mayorun fikrinə münasibət bildirməyiblər.

NƏRGİZ