Ermənistan Arazdəyəndəki zavodun başqa yerə köçürüldüyünü təsdiqlədi

 15:19 31.10.2023     310

Ermənistan Azərbaycanla sərhəddə yerləşən Arazdəyən bölgəsində inşa edilən metallurgiya zavodunun başqa əraziyə köçürüldüyünü təsdiq edib.

Redaktor.az “Sputnik Armeniya”a istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Vaan Kerobyan parlamentdə danışıb. 

Onun sözlərinə görə, sözügedən zavod hazırkı yerindən çox da uzaq olmayan əraziyə köçürüləcək. 

Erməni nazir zavodun köçürülməsi və tikinti prosesinin davam etdirildiyini də əlavə edib. 

Xatırladaq ki, “erməni-amerikan” metallurgiya zavodunun köçürülməsi barədə məlumat ilk olaraq sentyabr ayında yayılıb. Bu zaman Ermənistan İqtisadiyyat Nazirliyi zavodun köçürülməsi barədə erməni KİV-də yayılan bu məlumatları nə təkzib, nə təsdiq etmişdi.