Blinkenin uşaqları Ağ Evə "Ukrayna bayrağı" geyimində gəldilər - FOTO

 15:33 31.10.2023     401

ABŞ-da ötən gün, Bütün Müqəddəslər Günündə qeyd olunan Halloween bayramı keçirilib.

ABŞ prezidenti Co Bayden və pişik geyimində olan birinci xanım Cil Bayden “Cüzdan və ya həyat” adlı tədbir zamanı Ağ Evin eyvanından uşaqları təbrik ediblər.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, nüfuzlu siyasətçilərin övladları, hərbçilərin ailələri, yerli rayonların sakinləri, eləcə də dövlət məktəblərində bayram geyimində oxuyanlar ölkənin birinci şəxslərindən şirniyyatlar alıblar.

ABŞ dövlət katibi Entoni Blinken oğluna Ukrayna prezidenti Volodimir Zelenskinin kostyumunu geyindirib, qızı isə bayrama Ukrayna bayrağının rənglərini əks etdirən geyimdə qatılıb.

NƏRGİZ