Yəmən rəsmən İsrailə müharibə elan edib? - YENİLƏNİB

 18:21 31.10.2023     1060

Yəmənin İsrailə müharibə elan etməsi ilə bağlı ziddiyyətli məlumatlar yayılıb və rəsmi təsdiqini tapmır.

Redaktor.az xəbər verir ki, buna səbəb ölkənin bir hissəsinə İranyönlü husi qiyamçılarının, digər hissəsinə isə hökumət qüvvələrinin nəzarət etməsidir.

Hüsilərin nümayəndələrinin açıqlamları da bir-birinə uyğun gəlmir.

“Al Mayadeen”in məlumatına görə, özlərini Yəmən Ordusu kimi təqdim edən qiyamçıların briqada generalı bin Amir bildirib ki, onlar yaxın saatlarda İsrailin obyetklərinə yeni zərbələr endirməyə hazırdırlar: “Biz və müqavimət oxu fəaliyyətini əlaqələndirir”.

Hüsilərin digər təmsilçisi Yəhya Sariye Anu isə bir qədər əvvəl İsrailə rəsmən müharibə elan etdiklərini açıqlamışdı.

***

17:45

Yəmən rəsmi olaraq İsrailə müharibə elan edib.

Redaktor.az “Nexta”ya istinadən xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi briqada generalı Yəhya Sariye Anu məlumat verib.