20 mindən çox İsrail əsgəri Qəzza zolağına daxil olub

 18:17 31.10.2023     369

Oktyabrın 27-də quru əməliyyatının genişləndirilməsindən sonra 20 mindən çox İsrail əsgəri Qəzza zolağına daxil olub.

Redaktor.az xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, İsrail ordusunun ən azı iki zirehli və piyada diviziyası Qəzza zolağına daxil olub. Portal həmçinin bildirir ki, İsrail Müdafiə Ordusu girovları tapıb azad etmək üçün Qəzzadakı informasiya mənbələrindən istifadə edir.

Turan İSMAYIL