İtaliya Qəzzada səhra xəstəxanası qurmağa hazır olduğunu AÇIQLADI

 22:10 31.10.2023     294

İtaliya Qəzza zolağında səhra xəstəxanası yaratmağı düşünür. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Qido Krosetto bildirib.

"Hərbi Hava Qüvvələrinin Qəzza zolağının əhalisinə humanitar yardım aparan daha bir təyyarəsi Əl-Ariş hava limanına enib. Biz Qəzzada səhra xəstəxanası yaratmaq imkanını nəzərdən keçiririk", - nazir yazıb. 

Bundan əvvəl o, sektoru boşaltmağa hazır olduğunu açıqlamışdı. 

Yusif EYVAZLI