HƏMAS-ın batalyon komandiri öldürüldü

 23:07 31.10.2023     299

Qəzza zolağında HƏMAS-ın Mərkəzi Cəbəliyyə Batalyonunun komandiri İbrahim Biari öldürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, Biari oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubuna hücumuna rəhbərlik edənlərdən biri olub.