Hizbullahın sosial media hesabı silindi

 09:08 01.11.2023     263

X sosial şəbəkəsi (keçmiş Twitter) təhrikedici məzmunla mübarizə çərçivəsində Hizbullahın rəsmi hesabını bloklayıb.

Redaktor.az-ın məlumatına görə, İsrailin Nyu-Yorkdakı Baş Konsulluğu bu qərara görə sosial şəbəkənin sahibi İlon Maska təşəkkür edib.

“Terror təşkilatı ilə əlaqəli heç bir hesabın və ya terroru tərifləyən hesabın sosial mediada nifrət oyatmaq hüququ və ya imkanı olmamalıdır”, - bəyanatda deyilir.

İsraildə müharibə başlayandan sonra sosial şəbəkələr HƏMAS-la əlaqəli yüzlərlə hesabı silib.