Ermənistan heç vaxt “Xarici kəşfiyyat xidməti” yarada bilməyəcək - Poqosyan

 10:46 01.11.2023     284

Ermənistan heç vaxt “xüsusi xidmət”, ələxsus da “Xarici kəşfiyyat xidməti” yarada bilməyəcək. Çünki bu cür xidmətlərdə işin effektivliyi təkcə yüksək maaşdan və ya konkret ölkədə bitirdiyi kurslardan asılı deyil. Bu həm də böyük və iddialı məqsədlər, çox böyük və mürəkkəb vəzifələri yerinə yetirməkdən asılıdır.

Redaktor.az verelq.am-a istinadən xəbər verir ki, bu barədə erməni politoloq Ara Poqosyan yazır.

“Bunun üçün bizə dövlətin strateji hədəfi lazımdır. Bunun üçün təkcə dövlət sərhədlərinin 29,8 min kvadratmetr km hüdudunda saxlanılması istəyi ola bilməz.  Xarici kəşfiyyat xidmətinin milli arzusu və pərəstişkar ordusu olmalıdır.

Əks halda, uğurlu xidmətimiz olmayacaq. Necə ki, indi yoxdur”, - Poqosyan yazıb.

NƏRGİZ