"Əli qanlılar" senata basqın etdi - FOTO

 12:35 01.11.2023     224

ABŞ dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostin ABŞ Senatının Təxsisatlar Komitəsinin iclasına qatılaraq İsrail üçün tələb olunan əlavə 14 milyard dollarlıq büdcəni açıqlayarkən, zaldakı etirazçılar Qəzzada atəşkəs çağırışı ediblər.

Redaktor.az xəbər verir ki, Blinkenin çıxışının ilk 5 dəqiqəsində altı dəfə ayağa qalxaraq atəşkəs çağırışı edən müharibə əleyhdarı etirazçılar “Dərhal atəşkəs” və “Qəzza uşaqlarını qoruyun” şüarları səsləndirərkən Konqres polisi tərəfindən bir-bir saxlanılıblar.

Bundan əlavə, Blinkenin çıxışı zamanı arxa cərgədə oturan fəallar qan rənginə boyanmış əllərini qaldıraraq “Qəzzalı sivillərin qanı sizin əllərinizdədir” mesajını veriblər.

ABŞ prezidenti Co Baydenin Konqresdən 106 milyard dollarlıq əlavə büdcə tələbinin Konqresdə müzakirəsi davam edir. Blinken ABŞ-ın verdiyi dəstəyin Rusiyanın Ukraynaya müdaxiləsini “strateji fiasko”ya çevirdiyini iddia edərək, həm İsrailə planlaşdırılan yardımın, həm də Qəzzaya humanitar yardımın vacibliyini vurğulayıb.(Publika)